Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayır. Təmsilçimiz ötən il olduğu kimi, bu dəfə də ilk görüşdə Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə qarşılaşacaq. 2024-cü ilin avqustunda İsveçdə baş tutan görüşdə “qırmızı-ağlar” 7:1 hesablı qələbəyə sevinmişdi. Ümumiyyətlə klublarımızın avrokubok macərası 2001-ci ildən başlayıb. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz-Naxçıvan” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədir. Belə ki, “qırmızı-ağlar” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Klublarımızın futzal üzrə UEFA Çempionlar Liqasındakı (keçmiş adı UEFA Kuboku) nəticələrini diqqətinizə çatdırırıq:
Turan AİR
2001/02 (Elman Ələkbərov)
Təsnifat mərhələsi (İtaliyada keçirilib)
03.11.2001. “Roma” (İtaliya) – 0:4
04.11.2001. “Memfis” (Moldova) – 5:0
06.11.2001. “Araks” (Ermənistan) – 5:3
2002/03
Ikinci təsnifat mərhələsi (Yuqoslaviyada keçirilib)
07.10.2002. “Niş” (Yuqoslaviya) – 1:4
08.10.2002. “Afina” (Yunanıstan) – 3:2
AMMK-Azercell
2003/04 (Fazil Qarayev)
Birinci təsnifat mərhələsi (Azərbaycanda keçirilib)
06.10.2003. “Oma” (Latviya) – 3:3
07.10.2003. “Dubnitsa” (Slovakiya) – 1:1
09.10. 2003. “Prato” (İtaliya) – 9:7
Turan AİR
2004/05 (Elman Ələkbərov)
Birinci təsnifat mərhələsi (Azərbaycanda keçirilib)
05.10.2004. “Lesna Litiya” (Sloveniya) – 3:4
06.10.2004. “Buqroff” (Latviya) – 4:4
08.10.2004. “Arzinyano” (İtaliya) – 0:6
Araz
2005/06 (Hacıbala Abdullayev)
Birinci təsnifat mərhələsi (Bosniya və Herseqovinada keçirilib)
17.10.2005. “Morlanvels” (Belçika) – 4:4
18.10.2005. “Mostar” (Bosniya və Herseqovina) – 2:4
20.10.2005. “De Hommel” (Hollandiya) – 3:0
2006/07 (Arkadi Belıy)
Təsnifat mərhələsi (Xorvatiyada keçirilib)
12.10.2006. “Split” (Xorvatiya) – 5:3
13.10.2006. “Afina” (Yunanıstan) – 5:1
15.10.2006. “Slov-Matik” (Slovakiya) – 10:4
Elit raund (Polşada keçirilib)
05.12.2006. “Xojuv” (Polşa) – 3:3
06.12.2006. “Şarlerua” (Belçika) – 4:6
08.12.2006. “Marbo” (Serbiya) – 1:3
2007/08 (Məmmədqulu Zeynalov)
Əsas mərhələ (Azərbaycanda keçirilib)
10.09.2007. “Luparense” (İtaliya) – 0:3
11.09.2007. “Kamelot” (Moldova) – 4:1
13.09.2007. “Slov-Matik” (Slovakiya) – 3:4
2008/09 (Böyükağa Hacıyev)
Əsas mərhələ (Azərbaycanda keçirilib)
11.09.2008. “Şkövde” (İsveç) – 11:1
12.09.2008. “Nadin” (Bolqarıstan) – 6:1
14.09.2008. “Slov-Matik” (Slovakiya) – 4:2
Elit raund (Xorvatiyada keçirilib)
08.11.2008. “Nasional” (Xorvatiya) – 4:3
09.11.2008. “Dinamo-Yamal” (Rusiya) – 2:4
11.11.2008. “Odorheyu” (Rumıniya) – 6:4
2009/10 (Joze Alessio da Silva)
Əsas mərhələ (Xorvatiyada keçirilib)
02.10.2009. “Omoniya” (Kipr) – 4:1
03.10.2009. “Kolubara” (Serbiya) – 4:0
04.10.2009. “Podpiçan” (Xorvatiya) – 4:4
Elit raund (Azərbaycanda keçirilib)
19.11.2009. “Nikars” (Latviya) – 7:1
20.11.2009. “Atina-90” (Yunanıstan) – 7:0
22.11.2009. “Kayrat” (Qazaxıstan) – 4:3
Dördlər finalı (Portuqaliya, Lissabon)
Yarımfinal
23.04.2010. “İntervyu” (İspaniya) – 2:5
3-cü yer uğrunda
25.04.2010._“Luparense” (İtaliya) – 2:2, penaltilər 5:4
2010/11 (Joze Alessio da Silva)
Əsas mərhələ (Rumıniyada keçirilib)
28.09.2010. “Sportinq Finqal” (İrlandiya) – 7:4
29.09.2010. “Nikars” (Latviya) – 7:1
01.10.2010. “Tırqu-Mureş” (Rumıniya) – 3:1
Elit raund (Rusiyada keçirilib)
22.11.2010. “Ararat-Nikosiya” (Kipr) – 2:1
23.11.2010. “Montesilvano” (İtaliya) – 2:2
25.11.2010. “VİZ-Sinara” (Rusiya) – 2:3
2011/12 (Joze Alessio da Silva)
Elit raund (İspaniyada keçirilib)
17.11.2011. “Eyndhoven” (Hollandiya) – 5:3
18.11.2011. “Era Park Xrudim” (Çexiya) – 3:4
20.11.2011. “Barselona” (İspaniya) – 2:2
2012/13 (Joze Alessio da Silva)
Əsas mərhələ (Macarıstanda keçirilib)
05.09.2012. EİD (İrlandiya) – 2:1
(transfer olmayan oyunçudan istifadə üçün -:+, yəni 0:5 hesablı texniki məğlubiyyət)
06.09.2012. “Eyndhoven” (Hollandiya) – 4:3
08.09.2012. “Qyor” (Macarıstan) – 5:5
Elit raund (Sloveniyada keçirilib)
10.10.2012. “Litija” (Sloveniya) – 3:5
11.10.2012. “Barselona” (İspaniya) – 1:7
13.10.2012. “Split” (Xorvatiya) – 5:1
2013/14 (Joze Alessio da Silva)
02.10.2013. “Atina-90” (Yunanlstan) – 5:1
03.10.2013. “Satelino” (Belçika) – 3:1
05.10.2013. “Tırqu Mureş” (Rumıniya) – 3:3
Elit raund (Portuqaliyada keçirilib)
21.11.2013. “Eyndhoven” (Hollandiya) – 6:3
22.11.2013. “Qyori ETO” (Macarıstan) – 5:0
24.11.2013. “Sportinq” (Portuqaliya) – 6:3
Dördlər finalı (Bakı, Azərbaycan)
Yarımfinal
24.04.2014. “Barselona” (İspaniya) – 4:4, pen. 2:4
3-cü yer uğrunda
26.04.2014. “Kayrat” (Qazaxıstan) – 6:4
2014/15 (Tino Perez)
Elit raund (Çexiyada keçirilib)
18.11.2014. “Slov-Matik” (Slovakiya) – 3:4
19.11.2014. “Dina” (Rusiya) – 4:5
21.11.2014. “Xrudim” (Çexiya) – 0:6
2016/17 (Milton Luiz Ziller Junior)
Əsas mərhələ (Makedoniyadada keçirilib)
11.10.2016. TDU (Gürcüstan) – 7:1
12.10.2016. “Feniks” (Kosovo) – 1:0
14.10.2016. “Zelazareç” (Makedoniya) – 15:4
Elit raund (Xorvatiyada keçirilib)
23.11.2016. “Nasional” (Xorvatiya) – 1:2
24.11.2016. “Yuqra” (Rusiya) – 0:4
26.11.2016. “Hamburq” (Almaniya) – 1:5
2017/18 (Joze Alesio da Silva)
Əsas mərhələ (Rumıniyada keçirilib)
11.10.2017. “Mostar” (Bosniya və Herseqovina) – 5:2
12.10.2017. “Sent-Endryus” (Malta) – 6:4
14.10.2017. “Deva” (Rumıniya) – 3:6
2018/2019 (Joze Alesio da Silva)
Əsas mərhələ (Slovakiya)
03.10.2018 Vytis (Litva) – 0:1
04.10.2018 Valletta (Malta) – 1:1
06.10.2018 Luçenec (Slovakiya) - 2:5
2019/2020 (Joze Alesio da Silva)
Əsas mərhələ (Belçika)
09.10.2019 “Halle Gooik” (Belçika) - 1:5
10.10.2019 “Benfika” (Portuqaliya) - 0:7
12.10.2019 “Xerson” (Ukrayna) – 3:8
2020/2021 (Joze Alesio Da Silva)
İlkin seçmə mərhələ, pley-off (Yunanıstan)
28.11.2020 AEK (Yunanıstan) - 3:3 pen. 3:4
2021/2022 (Joze Alesio Da Silva)
İlkin seçmə mərhələ (Latviya)
21.08.2021 “Europa” (Cəbəllütariq) - 9:2
22.08.2021 “Kampuksen Dinamo” (Finlandiya) - 4:4
24.08.2021 “Raba” (Latviya) - 8:4
Əsas seçmə mərhələ (Ukrayna)
28.10.2021 Uraqan (Ukrayna) - 1:2
29.10.2021 Yunayted Qalati (Rumıniya) - 5:3
31.10.2021 Liqeni (Kosovo) - 6:6
2022/2023 (Joze Alesio Da Silva)
Əsas seçmə mərhələ (Bosniya və Herseqovina)
26.10.2022 Orebro (İsveç) 2:5
27.10.2022 Lozniça Qrad (Serbiya) 1:4
29.10.2022 Mostar (Bosniya və Herseqovina) 2:3
2023/2024 (Vitali Borisov)
İlkin seçmə mərhələ (Latviya)
23.08.2023 İstanbul Şişli (Türkiyü) 9:1
24.08.2023 Jahn Regensburq (Almaniya) 5:0
26.08.2023 Riqa (Latviya) 3:8
2024/2025 (Vitali Borisov)
İlkin seçmə mərhələ (İsveç)
21.08.2024 Sparta Belfast (Şimali İrlandiya) 7:1
22.08.2024 Sillamae Silla (Estoniya) 7:0
24.08.2024 Uddevalla (İsveç) 3:4
2025/2026 (Yevgeni Kukseviç)
27.08.2025 Sparta Belfast (Şimali İrlandiya)
28.08.2025 PYF Saltires (Şotlandiya)
30.08.2025 Ljuti Krajişniçi (Avstriya)