...

“Araz-Naxçıvan” böyükhesablı qələbə ilə başladı


UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb. Təmsilçimiz Şimali İrlandiya çempionu “Sparta Belfast”la qarşılaşıb. Yay transfer dövründə heyətinin böyük hissəini yeniləsən son çempion matça fəal başlayıb. 3-cü dəqiqədə Alleks hesabı açıb. Ardınca Ülvi fərqi artırıb. Daha sonra Bertuola və Teyxeyra fərqlənib. Fasiləyə qədər Karlos dubl edib. İkinci hissənin əvvəlində rəqib fərqi 4-ə endirib. 31-ci dəqiqədə braziliyalı forvard bu dəfə het-trik edərək fərqi yenidən artırıb. 32-ci dəqiqədə Alleks özünün ikinci, komandasının 7-ci qolunu vurub. 34-cü dəqiqədə əvvəlcə sarı vərəqə alaraq diqqət mərkəzinə düşən Ülvü Əliyev ardınca rəqibi topu meydanın mərkəzindən başlamağa məcbur edib. Jean Perruzo da debüt oyununda qol vurmağı bacarıb. Onun cərimə zərbəsi qarşısı alınmaz olub. Komandamız sabah eyni vaxtda və məkanda Şotlandiya “PYF Saltires”i ilə qarşılaşacaq.

 

Araz-Naxçıvan – Sparta Belfast (Şimali İrlandiya) (5:0) 9:1

27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00

Hakimlər: Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Vladimir Sebek (Monteneqro)

Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)

Hakim-inspektor: Talal Daravşi (İsrail)

UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)

Qollar: Alleks Rezende, 2:35, 31:03, Ülvi Əliyev, 3:53, 33:21, Karlos Bertuola, 10:30, 18:34, 30:10, Aleks Teyxeyra, 11:10, Jean Perruzo, 37:04 // Con Gibson, 21:55

Sarı vərəqələr: Ülvi Əliyev, 33:09

 

“Araz-Naxçıvan”

12. Rövşən Hüseynli (q), 9. Alleks Rezende, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 21. Filipinyo, 1. Emin Kürdov (q, k), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 20. Ədalət Ələkbərov, 29. Luicci Longo, 49. Valerio Giovanny, 98. Karlos Bertuola

Baş məşqçi: Yevgeni Kukseviç

 

Sparta Belfast

1. Matheus McErlain (q), 2. Con Gibson, 3. Ryon Leyşon, 5. Darius Ruhi, 8. Coş Loury, 22. Horatiu Puica (q), 6. Elton Tavares, 7. Nathan Best, 9. Daniel lan Hamilton, 11. Ernestas Verenka, 12. Qustavo, 14. Miguel Semedo, 67. Ryan McMenemy

Baş məşqçi: Joze Pedro