...

Təmsilçimizdən növbəti böyükhesablı qələbə


UEFA Çempionlar Liqasının ilkin mərhələsində təmsilçimiz “Araz-Naxçıvan” növbəti oyununu keçirib. “Qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu ilə üz-üzə gəlib. Baş məşqçi Kukseviç bu dəfə fərqli “5-lik”də mübraizəyə start verib. Düzdür, 1-ci dəqiqə tamam olmamış rəqib hesabı açıb. Amma fasiləyə qədər komandamız 6 dəfə onları meydanın mərkəzinə dəvət edib. Fasilədən sonra tam üstünlüyə sahib olan komandamız hesab arasındakı fərqi qorumaqla növbəti böyükhesablı qələbəsini qazandı. Təmsilçimiz qrupda son oyununu “Ljuti Krajişniçi”yə qarşı keçirəcək. Avstriya çempionu ilə görüş avqustun 30-da, saat 21:30-da başlayacaq.

PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan (1:6) 2:7

28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00

Hakimlər: Vladimir Sebek, Qonçalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan)

Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)

Hakim-inspektor: Talal Daravşi (İsrail)

UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)

Qollar: Qavin Ritchie, 0:56, Paul Simpson, 30:01 // Jean Perruzo, 5:44, 10:44, Alleks Rezende, 11:12, 27:26, Karlos Bertuola, 13:19, Luicci Longo, 17:11, 19:23

Sarı vərəqələr: Rövşən Hüseynli, 25:31

 

“PYF Saltires”

1. Konor Dou (q), 2. Kyle Ballingall (k), 5. Camie Bell, 7. Qavin Ritchie, 10. Scott Smiz, 16. Robert Blak (q), 4. Scott Ballingall, 8. Paul Simpson, 9. Stephen Laurie, 11. Ahmed Aloulou, 12. Ross Luke Kameron, 14. Kody Bateman, 15. Kieran Jude Forber

Baş məşqçi: Scott Ballingall

 

“Araz-Naxçıvan”

1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 29. Luicci Longo, 49. Valerio Giovanny, 12. Rövşən Hüseynli (q), 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 9. Alleks Rezende, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 20. Ədalət Ələkbərov, 21. Filipinyo, 98. Karlos Bertuola

Baş məşqçi: Yevgeni Kukseviç