...

"Araz-Naxçıvan" əsas mərhələdə


UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən "Araz-Naxçıvan" bu gün qrupda son oyununu keçirib.

Avstriya çempionu "Ljuti Krajişniçi" ilə qarşılaşan təmsilçimiz 12:3 hesabı ilə qələbə qazanıb. Komandamız bundan əvvəlki iki oyunda da böyükhesabla qalib gəlib. Aktivində 9 xal olan "qırmızı-ağlar" qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıb. Bu mərhələnin oyunları oktyabrın sonu, noyabrın əvvəlləri keçiriləcək. 

Ljuti Krajişniçi (Avstriya) – Araz-Naxçıvan 3:12

30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30

Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan)

Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)

Hakim-inspektor: Talal Daravşi (İsrail)

UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)

Qollar: N. Hasanbeqoviç, 9:59, J. Perruzo, 12:08 (ö/q), Y. Mehiç, 28:55 // J. Perruzo, 7:23, A. Rezende, 10:13, 29:39, A. Begleroviç, 10:34 (ö/q), F. Avila, 10650, 20:34, 30:43 (pen), 31:44, Ü. əliyev, 23:15, L. Longo, 24:24, V. Giovanny, 30:30, Q. Qasımzadə, 35:14

Sarı vərəqələr: M. Karabeqoviç, 1:50, N. Hasanbeqoviç, 19:59, E. Skrqiç, 23:03, A. Begleroviç, 24:56, B. Duriç, 35:18  // A. Teyxeyra, 19:59, Q. Qasımzadə, 35:18,

 

“Ljuti krajiçnici”

1. Saniyel Krupiç (q), 9. Mak Karabeqoviç, 10. Kenan Salo (k), 11. Kenan Ramiç, 23. Amel Begleroviç, 21. Sanel Tahiroviç (q), 4. Beldin Duriç, 5. Yasmin Mehiç, 6. Muhammed Ramiç, 8. Saldin Peziç, 18. Nermin Hasanbeqoviç, 27. Adnan Hodziç, 37. Edvin Skrqiç, 77. Seid Suljkanoviç

Baş məşqçi: Kenan Ramiç

 

“Araz-Naxçıvan”

12. Rövşən Hüseynli (q), 9. Alleks Rezende, 10. Jean Perruzo, 15. Aleks Teyxeyra, 21. Filipinyo, 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 29. Luicci Longo, 49. Valerio Giovanny, 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 20. Ədalət Ələkbərov, 98. Karlos Bertuola

Baş məşqçi: Yevgeni Kukseviç

 

Komanda

O

Q

H/H

M

T/F

X

1

Araz-Naxçıvan

3

3

0

0

28-6

9

2

Ljuti Krajiçnici

3

2

0

1

11-15

6

3

Sparta Belfast

3

1

0

2

8-13

3

4

PYF Saltires

3

0

0

3

4-17

0