...

“Neftçi” vahid lider oldu


Bu gün Yüksək Liqada I dövrənin sonuncu – V turun oyunları keçirilib. Turnir cədvəli baxımdan oyunlar kifayət qədər maraqlı idi. Əvvəlcə autsayderlər meydana çıxıb. Fasiləyə üstün yollanan gənclər ikinci hissədə də fərqin azalmasına mane ola bilməsəm də, qələbə hesabını qorudu. Yekunda qələbə qazana U-19 cari mövsümdə xal xanasını açmış oldu.

Sözsüz ki, günün ikinci oyunu daha çox maraq kəsb edirdi. Matç turnir cədvəlinin zirvəsində yaranmış ikihakimiyyətliliyə son qoymaq baxımından önəmli olduğu qədər oktyabrın sonunda UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” üçün də ciddi sınaqlardan biri idi.

Görüşdə hesab 11-ci dəqiqədə açıldı. Peruzzo komandasına üstünlük qazandırdı. Buna qədər hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanı olmuşdu. 15-ci dəqiqədə “qırmızı-ağlar”ın heyətində bu dəfə “stolb” qarşısı alınmaz oldu.

İkinci hissəyə “Neftçi” qolla başladı. Təyin olunmuş penaltini Lukas dəqiq yerinə yetirdi. Fərqi minimuma endirən nominal qonaqlar 40 saniyə sonra tarazlığı bərpa etdi. Bu dəfə Allef rəqib torunu silkələməyi bacardı. “Ağ-qaralar” ikinci hissədə həm təzyiqi artırmaqla, həm də rəqibin səhvlərindən faydalanmaqla 35-ci dəqiqədə 2 top fərqi ilə önə keçdi. Finişə 54 saniyə qalmış avtoqol sayəsində “Araz-Naxçıvan” fərqi minimuma endirsə də, artığına gücü çatmadı. Qələbə qazanan “Neftçi” vahid lider oldu.

Oyunun nəticəsi hər iki komandanın turnir cədvəlindəki mövqeyinə təsir edəcəkdi. “Baku Fire” qələbə qazanacağı təqdirdə I dövrəni 2-ci pillədə başa vuracaqdı. Əgər 3 xala “Şuşa” sahib çıxsaydı,  3-cü sıraya yüksələcəkdi. Gənclərlə təcrübəlilərin vəhdətini yaradan Teymur Eyvazov yekunda komandasının 3 xalına sevindi.  

 

Lənkəran – U-19  (1:4) 5:6

14 oktyabr. Olimpik Star. Saar 13:00

Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Nihad Bağırov

Hakim-inspektor: Ramiz Əsədov

Qollar: Məhəmməd Əliyev, 13:43, 22:08, 37:24, Pünhan Qasımzadə, 21:10 (ö/q), Ümid Qəhrəmanov, 32:17 // Nicat Əzizli, 6:22, 25:55, İsmayıl Əhmədov, 12:26, 29:37, Pünhan Qasımzadə, 14:11, Oqtay Mahmudzadə, 18:54

Sarı vərəqələr: Elmir Xəlilov, 6:43, Ümid Qəhrəmanov, 15:00 // İlqar Aslanov (b.m), 23:00

 

Araz-Naxçıvan – Neftçi İK (2:0) 4:5

14 oktyabr. Olimpik Star. Saar 15:00

Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Kənan Məlikov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Peruzzo, 10:42, Aleks Da Silva, 14:04, 38:37, Lukas Dias Ramos, 39:16 (ö/q) // Lukas Dias Ramos, 22:20, 32:03, Allef Maiolli, 23:05, 37:40, Mehdi Ahanqari, 34:34

Sarı vərəqələr: Aleks Teyxeyra, 11:12, Rövşən Hüseynli, 22:18, Felipe De Lima, 25:15 // Allef Maiolli, 19:29, Əli Muradov (məşqçi), 28:09, Emil Həsənzadə, 37:08, Mehdi Ahanqari, 38:40, Əjdər Əjdərov, 39:53

 

Baku Fire – Şuşa (3:0) 4:2

14 oktyabr. Olimpik Star. Saar 17:30

Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Rza Məmmədov

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Murad Quluzadə, 3:50, 23:16, Oktay Rüstəmli, 18:53, Kənan Manafov, 19:16 // Adil İsmayılov, 26:44, Rüstəm Bağırov, 32:38

Sarı vərəqə:  Nüsrət Fərzəli, 17:40