...

“Araz-Naxçıvan” 1 pillə irəlilədi


Bu gün Yüksək Liqada VI turun oyunları keçirilib. Əvvəlcə “Şuşa” U-19-la üz-üzə gəlib. Qarşılıqlı qollarla yadda qalan birinci hissəni nominal meydan sahibləri qalib başa vurdu. İkinci hissədə də üstünlüyünü davam etdirən “Şuşa” çempionatda 3-cü qələbəsini qazandı və xal ehtiyatını 9-a çatdırdı.

Təbii ki, turun mərkəzi oyunu liderin ən yaxın izləyicilərinin dueli oldu. Əvvəlcədən də gözlənildiyi kimi, nominal qonaqlar müdafiəyə diqqət ayrımaqla ks-hücumlarda qol vurmağa çalışırdı. Hesab isə 12-ci dəqiqədə açıldı. Karlos “qırmızı-ağlar”ı önə keçirdi. 2 dəqiqə sonra “Baku Fire”in 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazandı və eks “Araz-Naxçıvan”lı  - Novruz Kazıxanov status-kvonu bərpa etdi. Növbəti qol 18-ci dəqiqədə vuruldu. Giovanny rəqib torunu silkələməklə hesabı da komandasının xeyrinə dəyişdi. İkinci hissədə Emin Kürdov rəqibi meydanın mərkəzinə dəvət etdi. Təcrübəli qolkiper topu boş qapıya göndərməklə fərqi 2 topa çatdırdı. 24-cü dəqiqədə “qırmızı-ağlar” daha 2 qol vurmağı bacardı.

Tura autsayderlə liderin görüşü ilə yekun vuruldu. Turnir cədvəlindəki fərq hesabda da əksini tapdı. Növbəti böyükhesablı qələbəsini qazanan “Neftçi” zirvədəki yerini qorumuş oldu.  

 

Şuşa – U-19 (4:3) 7:5

23 oktyabr. Olimpik Star. Saat 13:30

Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Vüsal Balaşov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Sadegh Javiditavar, 0:44, Rüstəm Bağırov, 11:01, 22:16, 36:46, Namiq Məmmədkərimov, 11:35, Adil İsmayılov, 18:22, Zöhrab Quluşev, 34:56 // İsmayıl Əhmədov, 2:23, 33:55, Fərid Kərimli, 5:25, Oqtay Mahmudzadə, 17:45, Pünhan Qasımzadə, 38:58

Sarı vərəqələr: Sadegh Javiditavar, 4:42, Namiq Məmmədkərimov, 11:46, Ramil Hüseynov (klub rəsmisi), 19:02

Qırmızı vərəqə: Sadegh Javiditavar, 17:21 (ikinci sarı)

 

Araz-Naxçıvan – Baku Fire (2:1) 7:2

23 oktyabr. Olimpik Star. Saat 15:30

Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hidayət Feyzullayev

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Karlos Bertuola, 11:56, Giovanny, 17:34, 31:46, Emin Kürdov, 22:36, Peruzzo, 23:41, 23:54, 34:08 // Novruz Kazıxanov, 12:29, Eldar Zeynalov, 24:44

Sarı vərəqələr: Rövşən Hüseynli, 25:28, Aleks, 26:05, Emin Kürdov, 28:30, Felipe De Lima, 30:20 // Cavad Məmmədov, 30:20

 

Lənkəran – Neftçi İK (1:6)  2:10

23 oktyabr. Olimpik Star. Saat 18:00

Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nihad Bağırov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Məhəmməd Əliyev, 9:05, 37:08 // Fərid Atakişiyev, 1:04, 1:39, Lukas Dias Ramos, 1:53, Allef Maillo, 2:30, 21:55, Vahib Xocayev, 5:30, 32:40, Emil Həsənzadə, 15:42, Nihad İsmayılov, 21:15, Tofiq Əliyev, 23:33

Sarı vərəqələr: Elmir Xəlilov, 15:40 // Vladislav Reznov, 17:02, Əjdər Əjdərov, 23:20, Mehdi Ahangari, 26:31