...

Cavab oyununun vaxtı və məkanı


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib. Təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın  24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.