Yüksək Liqanın IX turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – U-19 oyunu əvvəlcədən nəzərdə tutulduğu vaxtda – dekabrın 4-də deyil, həmin ayın 18-də baş tutacaq. Buna səbəb “Araz-Naxçıvan”ın dekabrın 5-də Lissabonda UEFA Çempionlar Liqasının cavab oyunları çərçivəsində “Benfika” ilə qarşılaşmasıdır. Hər iki klubun razılığı əsasında görüş dekabrın 18-də, saat 13:00-da, Olimpik Starda keçiriləcək.
Araz-Naxçıvan – U-19
18 dekabr. Olimpik Star. Saat 13:00