...

“Araz-Naxçıvan”ın cavab oyunu üçün heyəti


Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda sabah – dekabrın 5-də Lissabonda “Benfika” ilə qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib. Baş məşqçi Yevgeni Kukseviç səfərə 2-si qapıçı olmaqla ümumilikdə 13 futzalçı aparıb.

Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli

Oyunçular: 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 10. Jean Perruzo, 21. Filipinyo, 98. Karlos Bertuola, 49. Valerio Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, (q), 9. Alleks Rezende, 15. Aleks Teixeira

Qeyd edək ki, dekabrın 5-də Lissabondakı “Pavilhao Fidelidade” keçiriləcək və saat 21:30-da başlayacaq oyun CBC Sportla canlı yayımlanacaq. Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.