Bu gün Yüksək Liqada IX turun iki oyunu keçirilib. İlk oyunda turnir cədvəlinin üst pillələrində yer alan komandalar qarşılaşıb. Qələbə turnir cədvəli baxımından hər iki tərə üçün vacib idi. Tam heyətlə meydana çıxan komandalar matça erkən qollarla başladı. Əvvəlcə “Neftçi” üstünlük qazandı. Cəmi 24 saniyə sonra status-kvo təmin olundu. Hesab növbəti dəfə 4-cü dəqiqənin tamamında dəyişdi. Yenə nominal qonaqlar üstünlük qazandı. Fərid Atakişiyev dubl etdi. “Neftçi” 4-cü qolu 10 metrlik cərimə zərbəsindən vurdu. İaqo adını tabloya yazdırdı. Fasiləyə qədər “Neftçi” üstünlüyünü 3 topa çatdırdı. Maraqlı məqam birinci hissədə “Baku Fire”in qapıçısı Cavad Məmmədovun hər iki tərəfin xeyrinə qol vurması oldu. Qolkiper əvvəlcə komandasını sevindirsə də, sonrakı epizodda avtoqol müəllifi kimi adını tabloya yazdırdı. İkinci hissədə də lider fərqi artırdı və yekunda əsas rəqiblərindən biri üzərində qələbə qazanan “Neftçi” liderliyini davam etdirir. Onu da qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilmiş oyun 2:2 hesabı ilə başa çatmışdı. Turun digər oyununda debütant orta pillələrdə qərarlaşan “Şuşa”nın qonağı olub. Namiq Məmmədkərimov kimi təcrübəli futzalçının yoxluğunda belə, nominal qonaqlar böyükhesablı qələbə qazana bilib. Tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.
Baku Fire – Neftçi İK (2:5) 4:8
4 dekabr. Olimpik Star. Saat 13:00
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Lənkəran – Şuşa (2:7) 5:12
4 dekabr. Olimpik Star. Saat 15:30
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Ramiz Əsədov