UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Araz-Naxçıvan” lissabonda “Benfika”nın qonağı olub. İlk oyunla müqayisədə hər iki komandanın heyətində dəyişiklik var idi. Təmsilçimizdə cəzası başa çatan Karlos Bertuola, Valerio Giovanny və Aleks Teixeira bu dəfə iş başında idi. əvəzində İaqo Henrique səfərə aparılmamışdı. Hesab 10-cü dəqiqədə açıldı. Souzanın bu qolu fasiləyə qədər yeganə olub. İkinci hissədə təmsilçimizin üzvü Perruzo ikinci sari-qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Bundan maksimum yararlanan meydan sahibləri fərqi artırdı. Bu dəfə Koelho fərqləndi. Bakıdakı oyunda hesab açan Anilton Silva isə 35-ci dəqiqədəfərqi 3 topa çatdırdı. 13 nömrə 1 dəqiqə sonra dublnu rəsmiləşdirib. Cəmi 20 saniyə sonra Luicci Longo “Araz-Naxçıvan”ın ilk qolunu vurdu. Matçda son qolun müəllifi isə Ədalət Ələkbərov oldu. Beləliklə səfər oyununda da məğlub olan “Araz-Naxçıvan” mübarizəni dayandırdı.
“Benfika” (Portuqaliya) – “Araz-Naxçıvan” (Azərbaycan) (1:0) 4:2
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunu
İlk oyun: 9:0
5 dekabr. Lissabon. “Pavilhao Fidelidade”. Saat 21:30
Hakimlər: Petar Radojcic, Nikola Rabrenoviç, Yasmina Mikoska
(Hakimlər briqadası Serbiyadandır)
Timekeeper: Srdjan Mihayloviç (Serbiya)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Tai Regel Pundik (Danimarka)
Qollar: Higor de Souza, 09:24, Andre Koelho, 28:57, Anilton Silva, 34:28, 35:40 // Luicci Longo, 35:52, Ədalət Ələkbərov, 39:40
Sarı vərəqələr: Dieqo Nunes, 23:53 // Filipinyo, 23:31, Jean Perruzo, 23:38
Qırmızı vərəqə: Jean Perruzo, 27:23 (ikinci sarı)