...

“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi


Qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanan “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. “Qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Son klubu Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertuola ilə yollarını ayırıb.