...

KİV üçün açıq məşq və baş məşqçinin brifinqi olacaq


Danimarka yığması ilə yoldaşlıq matçında qarşılaşacaq Azərbaycan millisinin yanvarın 18-dən etibarən Bakıda təlim-məşq toplanışı başlayacaq. Yanvarın 19-da Olimpik Starda millinin KİV üçün açıq məşqi olacaq. Saat 09:40-da baş məşqçi Yevgeni Kukseviç və bir futzalçının iştirakı ilə brifinq keçiriləcək. Saat 10:00-da start götürəcək məşq prosesinin isə ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Qeyd edək ki, oyunlar - yanvarın 22-də, saat 19:00-da və 2 gün sonra – yanvarın 24-də, saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək. Giriş biletsiz olacaq.