Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib. Yeni ildə ilk matçına çıxan komandamız Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib. Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb. Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb. Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqlənib və hesabı xeyrinə dəyişib. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb. Beləliklə ilk oyunda qələbəni Danimarka futzalçıları qazanıb. Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.
Azərbaycan – Danimarka (0:1) 1:4
Yoldaşlıq oyunu
22 yanvar. Bakı İdman Sarayı. Saat 19:00
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov
Qollar: Nihad İsmayılov, 26:25 // Rasmus Philipsen, 4:55, Kasper Rasmussen, 31:10, Hans Riken, 36:32, Niklas Fuchs-Kristiansen, 39:46
Sarı vərəqələr: Murad Quluzadə, 18:46, Qüdrət Qasımzadə, 32:59
Azərbaycan
1. Emin Kürdov (q, k), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 22. Kamran Hacıyev (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 20. Fərid Abbasov
Baş məşqçi: Yevgeni Kukseviç
Danimarka
1. Villiam Rams (q), 2. İbrahim Badran, 5. Mohammed Youseef, 6. Abbas Zankaneh, 10. Mads Falk (k), 16. Niklas Fuchs-Kristiansen (q),3. Ruben Vinther, 4. Kornelius Ambek-Norgaard, 7. Kasper Rasmussen, 8. Rasmus Philipsen, 9. Esajas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic, 15. Tobias Veng
Baş məşqçi: Nikolay Saabye