...

Liderdən böyükhesablı, “Baku Fire”dən əmkar qələbə


Bu gün Yüksək Liqada XIII turun oyunları keçirilib. İlk matçda lider “Neftçi” orta pillələrdə yer alan “Şuşa”nı qəbul edib. Görüş “ağ-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb. “Lənkəran” komandası oyuna gəlmədiyinə görə, “Araz-Naxçıvan”la görüş keçirilməyib. Bu qarşılaşmanın nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək. Turun son oyunu kifayət qədər maraqlı alındı. Gənclər yığması iddialı rəqibinin qapısından fasiləyə qədər 4 cavabsız top keçirdi. İkinci hissədə qapıçını Meydan oyunçusu ilə əvəzləyən “Baku Fire” ardıcıl qollar vurmağı bacardı.

Neftçi İK – Şuşa (7:0) 14:0

5 mart. Olimpik Star. Saat 12:30

Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Allef Maiolli, 0:34, Nihad İsmayılov, 2:43, 20:58, Markus Vinisius, 7:18, 36:36, Leonildo Rodrigues, 15:47, 17:29, 31:28, Hüseyn Əbdülov, 16:03 ö/q, Fərid Atakişiyev, 16:49, Qüdrət Qasımzadə, 20:28 ö/q, Lukas Ramos, 21:28, Əhməd İsmayılov, 34:50, Emil Həsənzadə, 38:54

Sarı vərəqələr: Emil Həsənzadə, 15:13 // Qüdrət Qasımzadə, 28:57, Rüstəm Bağırov, 28:57, Adil İsmayılov, 29:20

Qırmızı vərəqə: Rüstəm Bağırov, 31:28

 

Araz-Naxçıvan – Lənkəran -:-

5 mart. Olimpik Star. Saat 14:30

Hakimlər: Hidayət Feyzullayev, Mahir Məmmədov, Hacıəli Ağayev

Hakim-inspektor: Azad Hüseynov

 

Baku Fire – U-19 (0:4) 8:6

5 mart. Olimpik Star. Saat 16:30

Hakimlər: Knyaz Əmiraslanov, İmran Məhərrəmov, Elgün Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Oqtay Rüstəmli, 22:47, 25:00, 30:23, 35:06, Eldar Zeynalov, 23:30, 25:50, Kənan Manafov, 32:13, Oqtay Mahmudzadə, 39:42 ö/q // Emil Bayramov, 2:32, Fərid Kərimli, 14:48, İsmayıl Əhmədov, 17:17, 24:35, Oqtay Mahmudzadə, 19:26, Turan Azayev, 27:58

Sarı vərəqələr: Emil Bayramov, 14:30, Oqtay Mahmudzadə, 35:25