...

Pley-offda oynayacaq komandalar müəyyənləşib


Birinci Liqada VIII turun oyunları keçirilib. “Baku Fire-2” hamıdan çox qol vurub. “STAR kargo” da böyükhesablı qələbəyə sevinib. “Xan-Lənkəran” isə ən yaxın izləyicisini yenməklə mövqeyini möhkəmlədib. “Dəstə Ordubad” 3 xalı meydana çıxmadan qazanıb. Buna səbəb “Yeni Suraxanı”nın yarışdan kənarlaşdırılmasıdır. “Atletiko Baku” isə təyin olunan vaxtda meydana çıxmayıb. Onların PFL-lə görüşünün nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək. Bu oyunlardan sonra pley-offda iştirak edəcək ilk “4-lük” müəyyənləşib. “STAR kargo”, PFL, “Baku Fire-2” və “Xan-Lənkəran” əsas mərhələsinin sonuncu turunun nəticəsindən asılı olmayaraq mübarizəni davam etdirəcəklər.

Baku Fire-2 – Trabzon Azərbaycan 13:1

STAR kargo – Ulduz 10:2

Xan-Lənkəran – Timsport 8:5