...

Elçin Səmədli DÇ-nin oyunlarında


Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. O, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək. Həmyerlimiz aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.