Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib. Tbilisi Arenada baş tutan matç meydan sahibi komandanın qələbəsi ilə başa çatıb. Fasiləyə qədər imkanlardan istifadə edə bilməyən millimiz qapısında 2 qol görüb. İkinci hissəyə isə əskinə, komandamız qolla başlayıb. Cərimə zərbəsindən ötürməni Nihad İsmayılov qapıdan keçirib və fərqi azaldıb. Ancaq 31-ci dəqiqədə rəqib daha bir qol vurub. Sona 2 dəqiqə qalmış qapıçını meydan oyunçusu ilə əvəzləyən komandamız Manafoun timsalında fərqi yenidən minimuma endirib. Ancaq meydan sahibləri yenidən qol vurub. Maraqlıdır ki, qoldan əvvəl hakim fitini səsləndirsə də, birinci referi qolu qeydə alıb. Bu komandalar arasında növbəti oyun aprelin 11-də, saat 14:00-da Tbilisi Arenada keçiriləcək.
Gürcüstan – Azərbaycan (2:0) 4:2
Yoldaşlıq oyunu
9 aprel. Tbilisi Arena. Saat 18:00
Hakimlər: Grigol Bliadze, Sopiko Rizhamadze, Qoça Taruaşvili
Timekeeper: Aleksandre Qrdzelişvili
Qollar: Vaxtanq Jvaraşvili, 4:48, Janiko Giorgia, 5:06, İrakli Todua, 30:34, Nikoloz Kurtanidze, 38:51 // Nihad İsmayılov, 22:18, Kənan Manafov, 38:41
Sarı vərəqələr: Şota Topuria, 11:47 // Emil Həsənzadə, 20:21
Gürcüstan
16. Əli Aslani (q), 4. Giorgi Çimakadze, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 18. Nikoloz Kurtanidze, 1. Luka Xarşiladze (q), 12. Tornike Bukia (q), 2.Nikoloz Qabriçidze, 3. Saba Tkeşelaşvili, 6. Janiko Giorgia, 7. Şota Topuria, 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze
Baş məşqç: Avtandil Asatiani
Azərbaycan
12. Rövşən Hüseynli (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (q, k), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov
Baş məşqçi: Yevgeni Kukseviç