...

Bu gün Azərbaycan kuboku, ½ final


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Əvvəlcə mövsümü qızıl dublla başa vurmağı hədəfləyən "Neftçi" Birinci Liqanın iddialılarından olan "Baku Fire-2" ilə gücünü sınayacaq. Növbətu görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək.

Baku Fire-2 – Neftçi İK

18 aprel. Olimpik Star. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov

 

PFL – Araz-Naxçıvan

18 aprel. Olimpik Star. Saat 19:00

Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov

Hakim-inspektor: Murad Məmmədov