Yüksək Liqada XVII turun oyunları keçirilib. İlk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb. Sarı vərəqə limitini doldurduğuna görə “Şuşa”dan Rüstəm Bağırov və Vladislav Vorobyev komandasına kömək edə bilmirdi. Fasiləyə qədər 7 cavabsız qol vuran “qırmızı-ağlar” ikinci hissədə daha məhsuldar olub. Turun ikinci oyununa isə “Neftçi” İK itkilərlə çıxmışdı. Nihad İsmayılov və Emil Həsənzadə sarı vərəqə limitini doldurduğuna görə matçı tribunadan izləyirdi. Hesabı lider açdı. Düzdür, gənclər 4 dəqiqə sonra hesaba bərabərlik gətirdi, amma “ağ-qaralar” qısa vaxtda 3 qol vurmaqla fasiləyə üstün yollandı. İkinci hissədə qolları sıralayan “Neftçi” turu böyükhesablı qələbə ilə başa vurdu. “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.
Araz-Naxçıvan – Şuşa (7:0) 18:1
23 aprel. Olimpik Star. Saat 15:30
Hakimlər: Knyaz Əmiraslanov, Kənan Məlikov, Nihad Bağırov
Hakim-inspektor: Ramiz Əsədov
Qollar: Ədalət Ələkbərov, 1:29, 7:42, 36:48, 37:10, Felipe De Lima, 4:05, Ülvi Əliyev, 6:46, 19:50, 28:18, Giovanny, 17:49, Peruzzo, 19:28, 21:58, Aleks, 24:47, 25:11, Amirhossein Rasuli, 25:23, 26:45, Mirzə Əmirov, 29:33, Teixeira Barbosa, 29:58, 38:18 // Elmin Qaçaylı, 35:36
Sarı vərəqələr: Peruzzo, 38:46 // Ümid Qəhrəmanov, 31:37
Qırmızı vərəqə: Ümid Qəhrəmanov, 36:59 (ikinci sarı)
Neftçi İK – U-19 (4:1) 16:3
23 aprel. Olimpik Star. Saat 17:30
Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Hidayət Feyzullayev
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Allef Maiolli, 9:02, 15:29, 21:15, 16:03, 30:25, 38:41, 39:06, 39:31, Lukas Ramos, 15:51, 26:03, Leonildo Rodriges, 22:14, 36:17, İaqo Henrique, 23:58, 24:35, 36:26, Qustavo Rodrigues, 24:48// İsmayıl Əhmədov, 13:53, Pünhan Qasımzadə, 25:50, Oqtay Mahmudzadə, 30:15
Sarı vərəqələr: İaqo Henrique, 11:04, , Allef Maiolli, 15:34, Vladislav Reznov, 39:03, Lukas Ramos, 39:09 // Emil Bayramov, 18:13, Pünhan Qasımzadə, 20:58, Hüseyn Abdullayev, 27:17
Qırmızı vərəqə: Emil Bayramov, 24:31