XƏBƏRLƏR
-
“Elə qrupda yer almışıq ki...”
Bu gün DÇ-2024-un elit-raund mərhələsinin püşkü atılıb. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək. Püşklə bağlı millinin kapitanı Emin Kürdov azfutzal.az-a açıqlama verib:
-
Oyun cədvəli
Millimizin bu mərhələdə oyun cədvəli belə olacaq:
-
Millinin rəqibləri müəyyənləşib
Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.
-
“Yeni səhifə açmaq qərarına gəldik”
Ölkə çempionu “Araz-Naxçıvan”da müqaviləsi başa çatan baş məşqçi Joze Alesio Da Silva ilə yeni anlaşma imzalanmayıb, əvəzində bu posta uzun müddət Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın heyətində çıxış etmiş Vitali Borisov təyinat alıb. Yeni təyinatla bağlı komandanın vitse-prezidenti Mahmud Sadıqov azfutzal.az-a bunları deyib:
-
“Bunlar olan yerdə nəticə də qazanılacaq”
Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub. Uzun müddət bu klubun və Azərbaycan millisinin formasını geyinmiş Vitali Borisov bundan sonra yeni ampluada – baş məşqçi postunda uğur qazanmağa çalışacaq.
-
“Araz-Naxçıvan”da yeni təyinat
17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb. Mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib. Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər - Predraq Rayiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
-
Səfərdə başlayıb, səfərdə də yekunlaşdıracaq
DÇ-2024-ün elit-raund mərhələsindəki rəqibləri iyunun 8-də bilinəcək Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək. Belə ki, UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb.
-
Millimiz üçüncü səbətdə
İyunun 8-də, saat 16:00-da UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raundunun püşkü atılacaq. Artıq komandalar səbətlərə bölünüblər. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.