AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Final mərhələsinin məkanı müəyyənləşib
Futzal üzrə dünya çempionatının final mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib. Gələn il sayca 10-cü dəfə təşkil olunacaq bu mərhələyə Özbəkistan evsahibliyi edəcək. Bununla bağlı FİFA bu gün qərar qəbul edib. 24 komandanın iştirak edəcəyi final mərhələsinin matçları 2024-cü il sentyabrın 14-dən oktyabrın 6-dək keçiriləcək.
Millinin oyunlarının təqvimi
DÇ-2024-ün elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin A qrupunda keçirəcəyi oyunların təqvimi dəqiqləşib. Komandamız ilk və son matçını səfərdə keçirəcək. Azarkeşlər doğma arenada ilk dueli sentyabrın 20-də izləyəcək.
"Hazırkı məqamda komandaların hamısının şansı bərabərdir"
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və toplantıda futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi məsələsinə aydınlıq gətirilib. Komandanı qarşıdakı 1 il ərzində Vitali Borisov çalışdıracaq. Bir müddət əvvəl “Araz-Naxçıvan” komandasına da təyinatı rəsmiləşən V. Borisov millinin baş məşqçisi kimi azfutzal.az-ın suallarını cavablandırıb.
Milli komandanın baş məşqçisi vəzifəsinə təyinat
Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi. Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq “Araz-Naxçıvan” klubunun da baş məşqçisi olacaq V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.
Bayramınız mübarək!
“Oyunlar çox maraqlı və gərgin keçəcək”
Ötən həftə DÇ-2024-ün elit-raund mərhələsinin püşkü atıldı. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla gücünü sınayacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Millimizin üzvləri zaman-zaman püşklə bağlı açıqlamalar verir, rəqibləri və komandamızın şanslarını dəyərləndirir. Bu dəfə komandamızın ən təcrübəli oyunçularından Eduardo Borges fikirlərini azfutzal.az-a bildirib:
“Nəticəmiz yaxşı ola bilər…”
Final mərhələsi gələn il keçiriləcək dünya çempionatının elit-raundunda Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq. Bəs millimizin üzvləri püşkü necə qiymətləndirir? Bu dəfə Tyaqo Bolinya azfutzal.az-a açıqlama verib:
Statistika nə deyir?
DÇ-2024-ün elit-raund mərhələsinin püşkü Azərbaycan millisini A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla bir qrupa saldı. Statistikaya nəzəaər saldıqda, millimiz bu rəqiblərdən Rumıniya ilə heç vaxt rəsmi oyunlarda qarşılaşmayıb. Ən çox isə Niderlandla gücünü sınayıb. Komandamız ümumiyyətlə beynəlaxlq arenada ikinci rəsmi matçını onlara qarşı keçirib. Bu duel 1995-ci ildə baş tutub və rəqibin qələbəsi ilə başa çatıb. Növbəti və sonuncu görüşlərdə heç-heçə qeydə alınsa da, yeganə qələbəni elə onların öz meydanında qazanmışıq. Maraqlıdır ki, həmin oyun DÇ-2016-nın pley-off mərhələsi çərçivəsində keçirilib. Rəqib meydanında 5:1 hesabı ilə qələbə qazanan komandamız Bakıda 4:4 hesablı heç-heçə etsə də, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı. Qazaxıstana gəldikdə, bu komanda ilə cəmi bir rəsmi oyunda rəqib olmuşuq. Onda da Bakıda keçirilən qrup mərhələsinin matçında millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Amma yoldaşlıq oyunlarında dəfələrlə rəqib olub Azərbaycan və Qazaxıstan milliləri.
BİRİNCİ
‹
120
121
122
123
124
125
126
127
128
129
130
›
SONUNCU