XƏBƏRLƏR
-
¼ finalçıların yarısı məlumdur
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib. İlk matçda iki iddialı komanda üz-üzə gəlib. Birinci hissə gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib. Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib. Günün son dueli isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb. Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” ¼ finala vəsiqə qazanıb.
-
AK, 1/8 final: Mübarizə başlayır
Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünə start verilir. Bu gün 1/8 final mərhələsinin 4, sabah da bir o qədər oyunları keçiriləcək. Qarşılaşmaların hamısı Olimpik Starda bas tutacaq.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Oyunlar fevralın 14-də və 15-də Olimpik Starda keçiriləcək.
-
“...Ukrayna – Litva görüşündə bundan istifadə etdim” (fotolar)
Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı 3 görüşdə iş başında alıb. Artıq vətənə dönən referi qitə birinciliyi ilə bağlı təəssüratlarını azfutazl.az-la bölüşüb.
-
Azərbaycan kubokunun püşkü atılıb (fotolar)
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun 2025-2026-cı illər mövsümünün püşkü atılıb. Sayca 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaq. Fevralın 14-ü və 15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Fevralın 3-də Azərbaycan kubokunun 2025-2026-ci il mövsümünün püşkü atılacaq. Püşkatma mərasimi AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.
-
“Bu qələbə gələcək oyunlar üçün açar oldu”
Danimarka yıması ilə keçirilən yoldaşlıq oyunları barədə Azərbaycan millisinin üzvü Fərid Abbasovun azfutzal.az-a açıqlaması:
-
“Zəif rəqib yox, oyuna zəif yanaşma olur”
Bu gün yoldaşlıq oyununda Danimraka ilə qarşılaşan və 2 gün əvvəlki yenilginin revanşını alan Azərbaycan millisinin 3-cü qolunun müəllifi Ədalət Ələkbərovun azfutzal.az-a açıqlaması: