XƏBƏRLƏR
-
YL, X tur: Neftçi İk - Araz-Naxçıvan 4:5 (fotoreportaj)
-
Təxirə salınmış oyuna təyinatlar
Yüksək Liqanın IX turundan təxirə salınmış oyuna təyinatlar açıqlanıb:
-
Millinin üzvü əməliyyat olunub
Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub. Futzalçının “Liv Bona Dea”da “diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası” əməliyyatı uğurlu alınıb. Bu gün xəstəxananı tərk edəcək M. Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.
-
YL, IX tur: U-19 - Lənkəran (fotolar)
-
Bu dəfə “Araz-Naxçıvan” eyni hesabla qalib gəldi
Bu gün Yüksək Liqada X turun oyunları keçirilib. Bu dəfə turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların duelləri olub.
-
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə gələn ilin aprelində start veriləcək. Sabah - dekabrın 12-də isə ilkin mərhələnin püşkü atılacaq. Azərbaycan millisi yenə mübarizəyə əsas mərhələdən başlayacaq. Belə ki, komandamız UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması millimizə mübarizəyə əsas mərhələdən başlayacaq 24 iştirakçıdan biri olmaq şansı yaradıb. Onu da qeyd edək ki, Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. Əgər 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri evsahibliyi etmək hüququ qazanarsa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.
-
Bu gün Yüksək Liqa, X tur
Bu gün Yüksək Liqada X turun oyunları keçiriləcək. Təbii ki, diqqətlər liderlə ən yaxın izləyicisinin duelinə yönələcək. Bu matçın nəticəsi qış fasiləsi ərəfəsində lideri dəyişə və ya komandalar arasında fərqi artıra bilər.
-
İntizam Komitəsinin qərarı