...

Bu dəfə “Araz-Naxçıvan” eyni hesabla qalib gəldi


Bu gün Yüksək Liqada X turun oyunları keçirilib. Bu dəfə turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların duelləri olub.

U-19 debütant və xalsız olan “Lənkəran”la qarşılaşıb. Gənclər millisi fasiləyə qədər vurduğu qollarla görüşün taleyini həll edib.

Təbii ki, maraqla gözlənilən lider “Neftçi” ilə ən yaxın izləyicisi “Araz-Naxçıvan”ın qarşılaşması idi. Arxada qalan 9 turda məğlub olmayan lider son çempiona yeganə yenilgini yaşadan tərəf olumuşdu. Oyun gözlənildiyi kimi, gərgin başladı. Hesab isə 1-ci dəqiqənin tamamına az qalmış açıldı. Kamran Hacıyev avtoqol müəllifi oldu. Fasiləyə 2 dəqiqə qalmış hesab bərabərləşdi. Bu dəfə Ramos rəqib torunu silkələməklə tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq fasiləyə son çempion üstün yollandı.

İkinci hissəyə ardıcıl qollarla başlayan “qırmızı-ağlar” demək olar, matçın tameyini həll etmiş oldu. Oyunun 30-cu dəqiqəsində ikinci sari-qırmızı vərəqə alan Peruzzo komandasını azlıqda qoydu. “Neftçi”dən isə Nihad İsmayılov 37-ci dəqiqədə meydanı erkən tərk etməli oldu. Beləliklə oyun “Araz-Naxçıvan”ın minimalhesablı qələbəsi ilə başa çatdı. Qeyd edək ki, bu komandalar arasında I dövrədə keçirilən matçda “Neftçi” 5:4 hesablı qələbəyə sevinmişdi.

“İlk 3-lüy”ü qapayan “Baku Fire” onu qarabaqara izləyən “Şuşa”dan güclü oldu. Fasiləyə qədər 4 cavabsız top vuran nominal qonaqlar üstünlüyünü ikinci hissədə də davam etdirdi.

 

U-19 – Lənkəran (6:1) 8:5

11 dekabr. Olimpik Star. Saat 13:00

Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Nihad Bağırov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: İsmayıl Əhmədov, 0:47, 4:35, 6:53, 23:18, Pünhan Qasımzadə, 4:06, 12:36, Oqtay Mahmudzadə, 4:46, 38:46 // Ömər Kərimli, 3:26 ö/q, Şahin Xəlilov, 30:53, Ümid Qəhrəmanov, 34:47, Rasim Əhmədov, 38:23, Tofiq Məlikov, 39:44

Sarı vərəqələr: Emil Bayramov, 22:09, İsmayıl Əhmədov, 29:43 // Qurban Orucov, 4:43, Rasim Əhmədov, 5:43, Orxan Qədirov, 14:17, Ümid Qəhrəmanov, 15:54, Arzu Abbasov, 29:01

Qırmızı vərəqə: Qurban Orucov, 27:31 (2-ci sarı vərəqə)

 

Neftçi İK – Araz-Naxçıvan (1:2) 4:5

11 dekabr. Olimpik Star. Saat 15:00

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Əli Cəbrayılov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qollar: Lukas Ramos, 18:05, Tofiq Əliyev, 27:13, Allef Maiolli, 30:51, İaqo Hernique, 38:28 // Kamran Hacıyev, 0:43 ö/q, Luicci Lonqo, 19:30, Karlos Bertuola, 24:57, 26:32, 37:58

Sarı vərəqələr: Nihad İsmayılov, 5:01, Allef Maiolli, 26:50, Lukas Ramos, 33:55, // Teyxeyra Barbosa, 23:38, Luicci Lonqo, 25:08, Peruzzo 27:30, Filipe, 28:39, Giovvany, 39:27

Qırmızı vərəqələr: Nihad İsmayılov, 36:30 //  Peruzzo 29:55

 

Şuşa – Baku Fire (0:4) 2:6

11 dekabr. Olimpik Star. Saat 17:30

Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Knyaz Əmiraslanov

Hakim-inspektor: Əfqan Həmzəyev

Qollar: Rüstəm Bağırov, 33:19, 37:46 // Fərid Abbasov, 3:51, Rüfət Məmmədli, 6:03, 8:43, Nurlan Məmmədov,17:25, Novruz Kazıxanov, 32:20, Kənan Manafov, 36:28

Sarı vərəqələr: Vladislav Vorobyev, 18:55 // Əli Həsənzadə, 34:42