AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
LİQALAR
İlk oyunda heç-heçə
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verildi. Turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşdı. Yenilənmiş heyətlərin dueli maraqla gözlənilirdi. Birinci hissədə üstünlük “qırmızı-ağlar”da olsa da, müdafiədə diqqətli oynayan “Baku Fire” 17-ci dəqiqədə hesabı açdı. Mövsümün ilk qolunu Kənan Manafov künc zərbəsindən başlanan “ev tapşırığı”nın davamında vurdu. Yeri gəlmişkən, ilk sarı vərəqə isə Murad Quluzadəyə göstərildi. Fasiləyə 10 saniyə qalmış hesab bərabərləşdi. Bu dəfə Luicci topa toxunmaqla status-kvonu bərpa etdi. İkinci hissədə də ssenari oxşar oldu. Yenə əvvəlcə qol sevincini “Baku Fire” yaşadı. Fərid Abbasov rəqib torunu silkələməklə komandasına üstünlük qazandırdı. Felipinyo final fitinə 3 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Beləliklə mərkəzi oyun heç-heçə başa çatdı.
Bu gün, Yüksək Liqa, I tur
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verilir. Olimpik Starda ilk oyun saat 13:00-da başlayacaq.
Yüksək Liqa, I tur: Oyun cədvəli
Yüksək Liqada I turun oyun cədvəli açıqlanıb. Mövsümə qızıl və gümüş medalçıların dueli ilə start veriləcək.
Yüksək Liqa: I və II dövrənin təqvimi
Yüksək Liqada 2025-2026-cı illər mövsümünün ilk iki dövrəsinin təqvimini diqqətinizə çatdırırıq:
Yeni mövsümün püşkü atılıb
Bu gün Yüksək və Birinci liqalarda yeni – 2025-2026-cı illər mövsümünün püşkü atılıb. AFFA-nın inzibati binasında təşkil edilən mərasimdə əvvəlcə UEFA Çempionlar Liqasında ilkin mərhələni uğurla başa vuran və əsas mərhələdə iştirak hüququ qazanan “Araz-Naxçıvan”a təbriklər çatdırılıb.
Püşkatma mərasimi keçiriləcək
Yüksək və Birinci liqalarda 2025-2026-ci illər mövsümünün püşkü atılacaq. Mərasim sentyabrın 8-də, saat 12:00-da, AFFA-nın inzibati binasında keçiriləcək. KİV əməkdaşları dəvətlidir.
Birinci Liqanın başlama tarixi
“Araz-Naxçıvan”da braziliyalı “stolb”
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir. Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Komanda bu dəfə braziliyalı “stolb”u heyətinə qatıb. Aleksanderson Teixeira Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.
BİRİNCİ
‹
13
14
15
16
17
18
19
20
21
22
23
›
SONUNCU